Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə MÜRACİƏT EDİB

Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur. Hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır. Primeinfo.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mövsümi xəstəliklərlə bağlı əhaliyə müraciətində bildirilib.

Laçında könüllü qanvermə aksiyası keçirilib - FOTO

  İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində noyabrın 6-da Laçında könüllü qanvermə aksiyası keçirilib. Primeinfo.az xəbər verir ki, tədbir Səhiyyə Nazirliyinin Respublika Qan Bankı və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin birgə təşkilatçılığı ilə baş tutub. Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazirlikdən donor gözləyənlərin sayı ilə bağlı - AÇIQLAMA

“Hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur”. Primeinfo.az xəbər verir ki, bu sözləri Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin sosial şəbəkə hesabında canlı yayım zamanı deyib. O qeyd edib ki, hazırda 4642 dializdə olan xəstə var.

Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Nazirlikdən AÇIQLAMA

Sosial şəbəkələrdə Bakıda tələbənin dabaq xəstəliyinə yoluxduğu iddia edilib. Primeinfo.az xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb. “Sosial şəbəkələrdə Anadolu Universitetinin Bakı filialında təhsil alan Elnarə Həziyeva adlı şəxsin dabaq xəstəliyinə yoluxması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq

Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib. Bu barədə Primeinfo.az-a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, ölkəyə gətirilən qrip əleyhinə “Sanofi Pasteur” Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.