Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-də gün ərzində isə qısa müddətə güclü olacağı, şimşək çaxacağı ehtimalı var.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gecə fasiləsiz olaraq davam etdirilib. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində 36-sı azyaşlı olmaqla ümumilikdə 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. https://youtu.be/NPdU4BzLhVM
Bakı küçələrinin yağış suları ilə dolması ictimai nəqliyyatın hərəkətini də iflic edib.
Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir. Primeinfo.az xəbər verir ki, görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Məlum olduğu kimi, ötən gündən yağan yağış paytaxtın Sabunçu qəsəbəsində ciddi fəsadlara yol açıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağan yağışlarla əlaqədar paytaxtın Binəqədi və Suraxanı rayonları ərazisində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin subasmaya məruz qalması səbəbindən vətəndaşların köməksiz vəziyyətdə qalması barə məlumatlar daxil olub. Primeinfo.az xəbər verir ki, daxil olan məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb edilib. Görülmüş xilasetmə tədbirləri nəticəsində subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən 4-ü azyaşlı olmaqla ümumilikdə 9 vətəndaşın təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilib.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Sabah Azərbaycanda hava necə olacaq? Martın 27-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. İntensiv yağışlar nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.