Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) süni intellekt texnologiyalarının etik, məsuliyyətli və təhlükəsiz istifadəsinə dair ölkə üzrə universitetlərdə maarifləndirici seminarlara başlayıb. ETX-dən Primeinfo.az-a bildirilib ki, bu çərçivədə ilk görüşlər Azərbaycan Dövlət İqtisad və Azərbaycan Texniki universitetlərində təşkil edilib. Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın icrası çərçivəsində keçirilən seminarın əsas məqsədi gənclər arasında məsuliyyətli texnoloji yanaşmanın formalaşdırılmasından ibarətdir.
Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı süni intellektlə “Səma qurbanları” adlı qısametrajlı film hazırlanıb. Primeinfo.az xəbər verir ki, layihənin rəhbəri Azərbaycanın Əməkdar artisti Dilarə Əliyevadır. Videomaterialda faciə zamanı həlak olan Azərbaycanın Milli Qəhrəmanları – kapitan pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökümə Əliyeva və sağ qalan ekipaj üzvləri Aydan Rəhimli, Zülfiqar Əsədovun görüntüləri yer alıb.
İçərişəhər və Qala qoruqlarında “Ağıllı Qoruq” inkişaf modeli tətbiq olunacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, qoruqların idarə edilməsində “Ağıllı Qoruq” inkişaf modelinin tətbiqi nəzərdə tutulur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mütəxəssisləri yaxın zamanlarda kifayət qədər də effektiv işləyə biləcək süni intellekt həlli təqdim edib. Primeinfo.az xəbər verir ki, bunu nazir müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri” mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib. Onun sözlərinə görə, qanunvericilik sahəsi, o cümlədən hüquq sahəsi kifayət qədər böyük məlumatlar toplusudur: “Hazırda qanunvericilik bazasına əsaslı süni intellekt dəstəkli axtarış sisteminin 30 minə yaxın istifadəçisi var.
“Süni intellekt. On il bundan əvvəl bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Primeinfo xəbər verir ki, həmin mərkəzdə süni intellekt tətbiqi Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında prezidentlərə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsinin əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunu bildirib .
Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar.
İranın Ali Lideri Əli Xamenei süni intellekt vasitəsilə yaradılan musiqidə qadın səsinin dinlənilməsinin haram olduğunu bəyan edib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb. Xameneinin sözlərinə görə, səsin mənbəyinin həqiqi insan və ya süni intellekt olmasından asılı olmayaraq, bu, haramdır.