Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tbilisi

“Şükriyyə” Tbilisidə nümayiş olunacaq

Okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Şota Rustaveli adına Gürcüstan Milli Teatrında nümayiş olunacaq. Primeinfo.az xəbər verir ki, yazıçı Cavid Zeynallının eyniadlı pyesi əsasında hazırlanan tamaşanın nümayişi teatrın Gürcüstana qastrol səfəri çərçivəsində baş tutacaq. Səfər iki ölkənin milli teatrları arasında bu ilin fevralında Tbilisidə imzlanmış qarşılıqlı əməkdaşlıq memorandumu çərçivəsində təşkil olunacaq.

Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalanıb. Primeinfo.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib. “Qazaxıstanda keçirilmiş “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində Türkiyə və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri ilə “Bakı–Tbilisi–Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumunu imzaladıq.