“İran hər zaman dara düşəndə türkləri hakimiyyətə gətiriblər. İran tarixində türklər min illər hakimiyyətdə olublar, amma sarayın dili və yazışmalar fars dilində olub. Xamneyi də azərbaycanlıların Pəhləviyə olan münasibətini bildiyinə görə onlardan istifadə etmək istəyir”.
“Putini belə buraxmayacaqlar və sonu faciəli bitəcək. Onu çox acı sonluq gözləyir. Putin ötən dörd ildə heç nəyə nail olmadı. Belqorod zülmət içindədir, Kursk, Tatarıstan, Bryansk və digər yerlərdə də vəziyyət çətindir”.
“Rusiya bu müharibədə ancaq kötək qazandı. Rusiya özünün elit ordusunu itirib, Rusiyanın iqtisadi və siyasi tənəzzülü davam edir və dünyadan təcrid olunub”. Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İranla bağlı qarşıdakı saatlarda yer yerindən oynayacaq. Çünki bu çox ciddi hadisələrdir. İndiyə qədər bu qədər itki olmamışdı”.
“Rusiya Azərbaycanın təyyarəsini vurub, insanlarını öldürüb. Sonra da həyasızcasına dişlərini ağardıb deyir ki, “biz müttəfiqik”.
Hərbi ekspert Üzeyir Cəfərov ABŞ-da Rusiyaya bağlı şəxslərin mövcudluğundan danışıb. Primeinfo.az xəbər verir ki, o, Prime TV-nin “Qırmızı masa” verilişində çıxışı zamanı ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşavirlərindən biri, polkovnik Duqlas Makqreqoru “rus agenti” adlandırıb. Ekspert bildirib ki, Makqreqorun son açıqlamaları qəbulolunmaz və həddi aşan xarakter daşıyır: “Amerikada Rusiyaya bağlı kifayət qədər adam var.