Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Vüqar Bayramov

Vüqar Bayramov: "İşləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur"

“Hazırda ölkədə əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir”. Primeinfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Millət vəkili bildirib ki, onlardan 863.2 min nəfəri dövlət, 918.2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir.

8 min manatlıq müavinət kimlərə veriləcək? - Millət vəkili

“Azərbaycanda yeni müavinətin verilməsinə başlanılacaq”. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, millət vəkili Vüqar Bayramov “Facebook” sosial şəbəkəsində bildirib. O qeyd edib ki, “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, bir sıra hallarda vətəndaşlara yeni, birdəfəlik müavinətin verilməsi nəzərdə tutulur: “Qanuna əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verilə bilər.

Maaş artımı pensiyalara necə təsir edəcək?

Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardakı artım pensiyalarin indeksləşdirilərək hansı faizlə artırılmasının müəyyənləşdirilməsi baxımdan da vacibdir.

Azərbaycana gələn ərəb turistlərin sayı niyə azalıb? – ŞƏRH

  Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda dəyişikliklər qeydə alınmaqdadır. Belə ki, bu ilin ilk 10 ayında Avropa İttifaqından gələnlərin sayı 7,9 faiz artsa da, körfəz ölkələrindən gələnlərin sayı 3,5 faiz, MDB dövlətlərindən gələnlərin sayı isə 8,2 faiz azalıb. Primeinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı-alim Vüqar Bayramov özünün “Facebook” sosial şəbəkəsində yazıb.

Bu şəxslərin maaşı artaraq 1971,0 manata çatıb

Dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır. Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Qida normalarındakı artım dövlət xərclərini və sosial təminatı necə dəyişəcək? - AÇIQLAMA

Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanunda təsdiq etdiyi dəyişikliklərə əsasən, Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə şəxslər üçün yeni qida normalarını müəyyənləşdirib.Yeni qərara görə, tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları təsdiq olunub. Bununla yanaşı, sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normaları müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov öz “Facebook” səhifəsində məlumat verib.

Gələn ildən sosial yardım nə qədər artacaq? - AÇIQLAMA

“2026-cı ildən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir”.

Vüqar Bayramov: "Bu şəxslərin kommunal xərclərinin 20%-ni dövlət ödəyəcək"

Nazirlər Kabineti “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”na dəyişiklik edib. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə səhifəsində şərh verib. O bildirib ki, yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub: “Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək.