Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Vüqar Bayramov

Bu, çox yaxın zamanda Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşəcəyi deməkdir

Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bir sıra vacib qlobal və regional geosiyası məsələlərə toxundu. Azərbaycan rəhbərinin çıxışında təşkilatın ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması bir daha təsdiqləndi. Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - Vüqar Bayramov

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib. Primeinfo.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər: “Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

2026-cı ilin dövlət büdcəsində hansı artımlar olacaq? - ŞƏRH

“Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcəsinin ilkin göstəricilərini elan edib. Növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38.4, xərcləri isə 41.5 milyard manat proqnozlaşdırılır”. Primeinfo.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.