Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yağış

Azərbaycanda müşahidə olunan güclü yağıntının - SƏBƏBİ 

Aralıq dənizi siklonunun təsiri nəticəsində ölkə ərazisində güclü yağıntılar müşahidə olunub. Primeinfo.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib. O bildirib ki, Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib: “Dağlıq ərazilərə – Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.

Bakı və Abşeronda leysan yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.

Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında gözlənilən hava Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir. Azərbaycanın hansı rayonlarında leysan və qar yağacaq?

Yağış nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında dekabrın 6-da arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Primeinfo.az-a bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeronda leysan gözlənilir - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-dən 6-sı səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağıntılı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraitinin dekabrın 5-i səhərədək davam edəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimal olunur.

Sabah yağış yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Sabah çiskinli yağış yağacaq

29 noyabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

“Napoli” – “Qarabağ” oyunu güclü yağış səbəbindən dayandırıldı

  UEFA Gənclər Liqasının əsas mərhələsində “Napoli” və “Qarabağ”ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb. Ağdam klubundan Primeinfo.az-a verilən məlumata görə, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi “Cuzeppe Pikkolo” stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.