
“Siz tezliklə elektrik stansiyaları ilə bağlı ultimatumun nə ilə nəticələnəcəyini görəcəksiniz. Nəticə çox yaxşı olacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin 13-cü kanalına müsahibəsində deyib.
“İran tamamilə məhv ediləcək. İran 47 ildir ki, çox pis davranır və indi bunun cəzasını çəkir”, – deyə o qeyd edib.
ABŞ Prezidenti həmçinin deyib ki, Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələsində NATO üzvlərindən narazılıdır:
“NATO ölkələri heç nə etmir, bu, çox utancvericidir”.