Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə millisinin keçmiş futbolçusu saxlanılıb

02.12.2025 14:00


Türkiyə millisinin, “Fənərbağça” və “Beşiktaş” klublarının sabiq futbolçusu Gökhan Gönül saxlanılıb.

Primeinfo.az xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi səhm bazarındakı bəzi əməliyyatlarda manipulyasiya iddiaları ilə başladılan istintaq çərçivəsində tutulub.

İstanbul Baş Prokurorluğu beş bölgədə əməliyyat keçirib və ümumilikdə 12 nəfəri saxlayıb.

Onlar İstanbul Fond Birjasında müəyyən səhmlərlə spekulyasiya edərək süni qiymət dalğalanmaları yaratmaqda ittiham olunur.

Araşdırma nəticəsində, Kapital Bazarları Şurasının (CMB) hesabatlarına əsasən, bu şəxslərin qiymətləri manipulyasiya edərək qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.

Saxlanılan şəxslər “cinayət törətmək məqsədilə təşkilat yaratmaq” və “informasiya bazarında fırıldaqçılıq” ittihamları ilə üzləşiblər.

Türkiyə mediası G.Gönülün hava limanında saxlanıldığını yazır.

Bu ilin mayın sonuna qədər Türkiyənin U-21 millisinin baş məşqçisi işləmiş G.Gönül hazırda “Fənərbaxça”da klubununda baç məşqçi Domeniko Tedeskonun köməkçisidir. O, “Fənərbağça” ilə iki, “Beşiktaş”la bir dəfə ölkə çempionu olub.

Paylaş: