
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.
Primeinfo.az xəbər verir ki, dünən qəfil təzyiqi yüksələn aktyor təcili Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Qeyd edək ki, Y.Muradov onkoloji xəstəlikdən əziyyət çəkir. O, 2 dəfə əməliyyat olunub.