ABŞ-də atışma: Üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

28.09.2025 13:54

ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində baş verən atışmada üç nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Primeinfo.az Oxu.az-a istinadla bildirir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi Çienn Ketçum “ABC News” telekanalına məlumat verib.

Onun sözlərinə görə, insident yaxta klubunun yaxınlığında baş verib. Orada naməlum silahlı şəxs açıq səma altındakı “American Fish Company” barına qayıqdan atəş açıb.

Silahlı şəxs daha sonra ərazidən uzaqlaşıb. Həmin şəxsin axtarışları aparılır.

Поделиться: