
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
Primeinfo.az Gununsesi.info-ya istinadən məlumat verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobilinə həbs qoyulub.
Həmçinin Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, A.Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.