Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda bəzi qurumlar onlayn işləyəcək

17.09.2025 13:24

Hökumət Evində yerləşən dövlət qurumlarının əməkdaşları 5 gün müddətində onlayn rejimdə fəaliyyət göstərəcəklər.

Primeinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Hökumət Evində yerləşən qurumlardan təsdiqləyiblər.

Bildirilib ki, buna səbəb “Formula-1” yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.

Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.

Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.

Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir.

 

Paylaş: