Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanla bağlı saxta xəbər yayan türk musiqiçi saxlanıldı - FOTO

30.09.2025 15:36

Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli musiqiçi Tuğberk Işık hava limanında saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşıb.

Bildirib ki, dünən axşam İspaniyaya getmək üçün gəldiyi hava limanında saxlanılıb və ifadə vermək üçün şöbəyə aparılıb.

Bundan sonra isə sərbəst buraxılıb və İspaniyaya gedib.

Xatırladaq ki, Tuğberk Işık “X” hesabında BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yayıb. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar edib.

 

 

Paylaş: