Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.
Primeinfo.az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson imzalayıb.
Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.