Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir

29.09.2025 10:52

 

Bu gün Bakıda “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı (TDT) regional aktor kimi” mövzusuna həsr olunmuş konfrans öz işinə başlayıb.

Primeinfo.az xəbər verir ki, konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində TDT-nin rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyev açılış nitqində TDT çərçivəsində beyin mərkəzlərinin indiyədək 10 belə görüş və konfransın təskil olunduğunu bildirib.

Prezident İlham Əliyevin TDT ilə əməkdaşlığı və təşkilatın gücləndirilməsini Azərbaycan xarici siyasətinin prioriteti kimi müəyyən etdiyini qeyd edən natiq, ilk olaraq məhz Azərbaycanın TDT katibliyinin büdcəsinə əlavə 2 milyon dollar ayırdığını, TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təşəbbüsünü irəli sürdüyünu qeyd edib.

Qeyd edək ki, tədbir Təşkilatın regional və qlobal miqyasda mövqeyinin gücləndirilməsi istiqamətində intellektual fikir mübadiləsi üçün platforma rolunu oynayacaq.

 

 

Поделиться: