Türkiyənin “Ben Leman” serialının aktyor heyətinə daha bir yeni sima daxil olub.
Primeinfo.az xəbər verir ki, ekran işində gənc aktyor Samet Kaan Kuyucu rol alacaq. O, layihədə “Leman”ın qardaşını – “Ekin” obrazını canlandıracaq.
Bir müddət öncə qalmaqallarla gündəmə gələn serialın yeni bölümü sentyabrın 29-da “NOW” kanalında yayımlanacaq.