Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün 60 qəpik, sabah 1 manat... - Tural Abbaslıdan ETİRAZ - VİDEO

30.09.2025 13:00


“60 qəpik bilirsiniz nə deməkdir? 1 manata gedən addımdır. Bunlar çoxdan ictimai nəqliyyatda gedişhaqqını 1 manat etmək arzusunda idilər”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində AG Partiya sədri Tural Abbaslı bildirib.
Onun sözlərinə görə, nəqliyyatda gedişhaqqının artırılması insanlarda haqlı narazılıq yaradır. Partiya sədri hesab edir ki, bu, elə hakimiyyətin özünə qarşı da təxribatdır.
“Məsələn, benzinin qiyməti qalxanda birbaşa avtomobil sürənlərə təsir edir. Yaxud da tibbi ləvazimatların qiyməti qalxanda həkimlərə, dərmanların qiyməti qalxanda xəstələrə təsir edir. Amma avtobus, metro elə bir xidmət sahəsidir ki, hər evə, hər vətəndaşa təsir edəcək”.

 

Paylaş: