Dağıstanda pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Primeinfo.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi özünün “Telegram” kanalında yayıb.
“Vətəndaşlardan xahiş edirik ki, mümkün qədər evdə qalsınlar, pəncərəsiz, möhkəm divarlı binalarda sığınacaq tapsınlar”, – qurumun açıqlamasında qeyd olunub.
Nazirlik həmçinin hazırda açıq havada olan sakinlərə dərhal yaxınlıqdakı sığınacaq yerlərinə üz tutmağı tövsiyə edib. Bununla yanaşı, mobil internet xidmətində mümkün nasazlıqların yarana biləcəyi barədə də xəbərdarlıq edilib.