“Rusiyanın Qərb ölkələrini, xüsusən də Polşa, Rumıniya kimi daha yaxında yerləşən ölkələri təhdid etməsi, onların hava məkanını pozması yeni hadisə deyil. Belə xəbərdarlıqlar bu və ya digər formada daha əvvəllər də səslənib. Amma birbaşa Moskvanın, Kremlin vurulacağı haqda bəyanatlar bir az reallıqdan uzaqdır”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində hərbi ekspert Ədalət Verdiyev bildirib.
Polşanın Rusiyanı hədələməsini şərh edən Ə.Verdiyevin fikrincə, əgər bir ölkə digər ölkənin sərhədini pozubsa, ona dərhal adekvat cavab verilməlidir:
“Moskvanı vuracaqsansa, əvvəlcə Moskvanın hava məkanınızı pozan vasitələrini vur! Yaxud da həmin PUA-ların buraxıldığı nöqtələri vur. Yoxsa ki, bu iş bəyanatla olmur”.