Elçin Alıoğlu: Nə qədər ki, gec deyil, istefa verin! - VİDEO

17.09.2025 17:12

“Mənim İsrailin Baş naziri Benyamin Netanyahuya vətəninə xidmətinə görə böyük hörmətim var. Çünki xüsusi təyinatlı dəstədə döyüşüb, həyatını dəfələrlə riskə atıb, cəsur komandir, şərəfli insan olub. Amma dövləti idarə etmək kiçik alayı idarə etmək deyil, çox çətin işdir”.

Bunu Prime Tv-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

O Benyamin Netanyahunun dövləti idarə etməkdə çətinlik çəkdiyini deyib:

“Cənab Netanyahu, lütfən, nə qədər ki, gec deyil, istefa verin. İsraildə vətənini sevən insanlar çoxdur. İmkan verin gəlsinlər, problemləri həll etsinlər”.

 

Поделиться: