Xəbər axtarın

Son axtarış nəticələri:

Əməkdar artist Cabir İmanov dəfn olunub - FOTO

30.09.2025 16:00

Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.

Primeinfo.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Cabir İmanov ötən gün günorta saatlarında ürəktutmasından vəfat edib.

C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə “Parni iz Baku” Şən və hazırcavablar klubunun (KVN) üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən və hazırcavablar klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən və hazırcavablar klubu “Əsrin çempionu” olub. 2001-ci ildən “Planet Parni iz Baku” Şən hazırcavablar klubu teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

İxtisasca iqtisadçı və hüquqşünas olan Cabir İmanov 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək, polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib.

Vəfat etdiyi günə qədər isə DTX Mədəniyyət mərkəzinin rəisi olub.

Ailəli idi, 4 övladı var.

Paylaş: