Gəncliyimdən bəri ən qiymətli və gözəl şeyləri bütün uşaqlarımla bölüşə bildiyim üçün çox xoşbəxtəm.
Primeinfo.az xəbər verir ki, iş adamı, müğənni Emin Ağalarov ABŞ-dakı evini nümayiş etidirb. O, gənclik xatirələrini izləyiciləri ilə bölüşüb. Paylaşdığı videoda övladları da yer alıb.
“Nyu Cersidəki ev, ailəm və dostlarım, ilk işim və s. ABŞ-a səfərimizdən daha çox maraqlı şeylər gözləyin”- deyə, Ağalarov bildirib.
İzləyicilər tərəfindən böyük maraqla qarşılanan paylaşım tezliklə minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb.
Qeyd edək ki, Ağalarovun Mikayıl və Əli adlı oğlu, Afina və Əminə adlı qızları var.