Xəbər axtarın

Son axtarış nəticələri:

Fikrət Yusifov: SOCAR-ın adının korrupsiyada hallanması arzuolunmazdır - VİDEO

23.09.2025 10:40

 

“SOCAR-ın adının korrupsiyada hallanması arzuolunmazdır. Bu gün o qurumda 50 faiz ixtisar aparmaq mümkündür”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində sabiq maliyyə naziri, professor Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) bir-birini təkrarlayan vəzifələrdə çalışan işçilər çoxdur:

“Öz qohum-əqrabalarını yerləşdiriblər SOCAR-a, hərəsinə də 7-8 min manat maaş verirlər. Hamısı lüzumsuz xərclədir. O xərclərin 50 faizi kəsmək mümkündür. Bu xərcləri azaltmaq lazımdır”.

 

Paylaş: