"Formula 1" gələn il "Sea Breeze"də keçiriləcək? - RƏSMİ

23.09.2025 14:15

Xəbər verdiyimiz kimi, “Formula 1” yarışlarının Azərbaycanda 2030-cu ilə qədər keçirilməsi qərara alınıb. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, gələn ildən etibarən Qran Prinin keçiriləcəyi məkanda da dəyişiklik olunacaq. Belə ki, gələn il yarışın “Sea Breeze” ərazisində keçiriləcəyi iddia olunur.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Manset.az Bakı Şəhər Halqasına sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, “Formula 1″ Qran Prisinin Azərbaycanda 2030-cu ilə qədər keçirilməsinə rəsmi şəkildə qərar verilib, lakin məkan dəyişikliyi ilə bağlı rəsmi məlumat yoxdur:

“”Formula 1” Qran Prisinin gələn il baş verəcək mərhələsində məkan dəyişiklikliyi mövzusu gündəmdə deyil. Bununla bağlı rəsmi məlumat yoxdur, yarış Bakı Şəhər Halqasında davam edəcək”.

 

Поделиться: