Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ Prezidenti Donald Trampa Vaşinqtonla Tbilisi arasında münasibətlərin bərpa olunmasını təklif edib.
Primeinfo.az xəbər verir ki, bu barədə o, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına səfərindən sonra danışıb:
“Trampa dedim ki, münasibətlərimizə təmiz səhifədən başlamağın vaxtıdır. Onun cavabını gözləyəcəyik”.