Hikmət Hacıyev Prezidentin balaca Nilayla fotosunu PAYLAŞDI

27.09.2025 18:52

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Gəncəyə səfəri ilə bağlı paylaşım edib.

Primeinfo.az xəbər verir ki, bu barədə H.Hacıyev “X” hesabında post paylaşıb.

“Prezident İlham Əliyev balaca Nilayın – 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və yaxınlarını itirmiş qızcığazın əlini nəvazişlə tutur – bu, həqiqətən də “danışan fotolar”dır, burada görüntünün özü bütün faciəvi əhvalatı sözsüz izah edir”, – prezidentin köməkçisi yazıb.

 

Поделиться: