Məhkəmə Puqaçovaya qarşı 1,5 milyardlıq tələbi rədd etdi

24.09.2025 18:18


Moskvanın Savelovski Məhkəməsi Rusiyanı üç il əvvəl tərk edən Xalq artisti Alla Puqaçova ilə bağlı qərar verib.

Primeinfo.az xəbər verir ki, məhkəmə vəkil və Əfqanıstan müharibəsi veteranı Aleksandr Treşşovun müğənniyə qarşı qaldırdığı 1,5 milyard rublluq (30 milyon manatdan çox) iddianı rədd edib.

Qeyd edək ki, şikayətə səbəb Puqaçovadan sonuncu qalmaqallı müsahibəsində Cövhər Dudayevi tərifləməsi olub. C.Dudayev çeçen hərbçisi, siyasətçisi, dövlət xadimi, Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı və İçkeriyanın ilk prezidenti olub.

Puqaçova müsahibəsində C.Dudayev haqqında müsbət fikirlər səsləndirərək onu “layiqli, hörmətli və ağıllı” adlandırmışdı. Bu açıqlamalardan sonra müğənniyə qarşı iddia qaldırılıb və buna görə ondan 1,5 milyard rubl tələb olunub.

 

Поделиться: