Medvedev Zelenski və ABŞ-ı hədələdi

25.09.2025 17:31

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib.

Primeinfo.az xəbər verir ki, Medvedev Rusiyanın Ukraynaya qarşı bomba sığınacağının qoruya bilməyəcəyi silahlardan istifadə edə biləcəyi ilə hədələyib. O, bu barədə sosial şəbəkədə yazıb:

“Rusiya bomba sığınacağı heç bir fayda verməyəcək silahlardan istifadə edə bilər. Amerikalılar isə bunu yadda saxlamalıdırlar”.

Qeyd edək ki, Zelenski ABŞ-da müsahibəsində rusiyalılara xitabən “Onlar müharibəni dayandırmalı və ya bomba sığınacaqları axtarmalıdırlar” deyə bildirib.

 

Поделиться: