Xəbər axtarın

Son axtarış nəticələri:

Nikol Kidman 19 illik həyat yoldaşından ayrıldı

30.09.2025 12:04

Hollivud ulduzu Nikol Kidman və avstraliyalı müğənni Kit Urban ayrılıb.

Primeinfo.az xəbər verir ki, 58 yaşlı aktrisa ilə 57 yaşlı ifaçının 19 illik evliliklərini sonlandırdıqları barədə TMZ məlumat yayıb.

Portalın bildirdiyinə görə, ayrılmaq qərarını Kit Urban verib. Kidman boşanmaq istəməyib və son ana qədər ailələrinə qorumağa çalışıb.

İnsayderlər isə cütlüyün yayın əvvəlindən ayrı yaşadığını iddia edirlər. Onların sözlərinə görə, musiqiçi Neşvildə ev alıb və ailə malikanəsindən köçüb: “Nikol Kidman ərinin alkoqol və narkotik asılılığı ilə illərlə mübarizə aparıb. Həmçinin onun xəyanətindən də yorulub”.

Cütlüyün nümayəndələri yayılan xəbəri nə təsdiq, nə də təkzib ediblər.

Qeyd edək ki, cütlüyün 2 qız övladı var – 17 yaşlı Sandey Rouz və 14 yaşlı Feyt Marqaret.

 

Paylaş: