
“Azərpoçt” MMC-nin adından vətəndaşlara saxta mesajlar göndərilir.
Primeinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.
Bildirilir ki, “Azərpoçt” heç bir halda vətəndaşların kart məlumatlarını tələb etmir:
“Əziz müştərilərimiz, son zamanlar vətəndaşlara “Azərpoçt” adından saxta mesajlar göndərilir ki, həmin mesajlarda onların bağlamalarının ölkəyə çatdırıldığı, amma əksik məlumatların olduğu qeyd olunur. Belə hallarda bəzi vətəndaşlar buna aldanaraq mesajdakı linkə klikləyir və fərdi, eləcə də bank məlumatlarını daxil edib qurbana çevrilirlər. “Azərpoçt” olaraq hər kəsi diqqətli olmağa çağırırıq və bildiririk ki, “Azərpoçt” heç bir halda vətəndaşların kart məlumatlarını tələb etmir”.
Qurum vətəndaşlara bu cür mesajları açmamağa çağırır.