Tayvanın şərqində “Paraca” adlı qasırğa baş verib, nəticədə 124 nəfər itkin düşüb.
Primeinfo.az xəbər verir ki, supertayfun nəticəsində 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Adanın Fövqəladə Hallar üzrə Əməliyyat Mərkəzinin məlumatına görə, 100-ə yaxın insan köməksiz vəziyyətdədir.
Honq-Konq Beynəlxalq Hava Limanı uçuşları dayandırıb. Yerli “Cathay Pacific” aviaşirkəti 500-dən çox reysi ləğv edib.