
Türkiyədə istehsal olunacaq “Sultana” filminə daha bir aktrisa dəvət alıb.
Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə Nezo xarakterini Şirin Sultan Saldamlı canlandıracaq.
Qeyd edək ki, çəkilişlərinə noyabrda start veriləcək film dirək rəqqasələrinin həyat hekayələrindən bəhs edir. Filmin ssenari müəllifi Erdi Işık, rejissoru Ali Kamal Güvendir.
Serialda baş qəhrəman olan Meral obrazı məşhur aktrisa Tuba Büyüküstünə həvalə olunub. Digər rollara Derya Pınar, Seray Kaya, Begüm Akkaya çəkiləcək.
Filmin çəkilişləri əsasən İstanbulun gecə klublarında aparılacaq.
