Xankəndidə Şəhər Günü keçirilir.
Primeinfo.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Xankəndi, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutur.
Xankəndi şəhərindəki Konqres Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyi təşkilatçılığı ilə “Qarabağ – obyektivdən tarixə” adlı fotosərgi açılıb.
Sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın azad olunmuş ərazilərindəki təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir.
Sərgidə Fətəli Fətəliyev, Arif Ələkbər, Vüqar İbadov, Kamran Əsədov, Sabir Məmmədov, Tapdıq Abdullayev, Sücəddin Hüseynov, Mahir Qəhrəmanov, Abdulla Səfi, Asif Mustafazadə, Fariz Vəliyev və başqa tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrimizin və müasir inkişafın ahəngini əks etdirən kadrları təqdim edir.
Tədbir çərçivəsində gün ərzində sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunacaq.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edilib.
Həmin il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan bayrağı qaldırılıb.
Dövlət başçısının 18 sentyabr 2024-ci il tarixli Sərəncamı ilə 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi kimi təqvimə yazılıb.