Fransa millisinin və “Real”ın (İspaniya) sabiq futbolçusu Zinəddin Zidanın oğlu, 27 yaşlı qapıçı Luka Zidan vətəndaşlığını dəyişib.
Primeinfo.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, o, uzun müzakirələrdən sonraq Fransa vətəndaşlığından Əlcəzair vətəndaşlığına keçərək, Afrika təmsilçisinin yığmasında oynamağı qərarlaşdırıb. O, bunun üçün artıq FIFA-dan icazə alıb.
Qeyd edək ki, Luka Zidan Fransanın gənclər və yeniyetmələrdən ibarət milli komandalarında çıxış edib. Bu mövsüm o, “Qranada”nın (İspaniya) heyətində 4 oyun keçirib və 10 qol buraxıb.