Xəbər axtarın

Son axtarış nəticələri:

379 nəfər dərmandan zəhərlənib, 8-i ölüb

20.10.2025 13:24


Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib.

Bu barədə Primeinfo.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səylərinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları, əsasən, həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur”.

Paylaş: