Xəbər axtarın

Son axtarış nəticələri:

Abbas Abbasov: "Mərkəzi Afrikadakı faciələr dünya ictimaiyyətinə məlum olan faktlardır"

31.10.2025 11:13

“Belçika müstəmləkəçilik siyasətinin tərəfdarları və ya müdafiəçiləri təzminat və kompensasiya məsələlərinin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasını istəyərlər”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Belçikanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi” mövzusunda aparılan müzakirə zamanı deyib.

O bildirib ki, insanlığa qarşı törədilmiş və Mərkəzi Afrika ölkələrində baş vermiş faciələr dünya ictimaiyyətinə yaxşı məlum olan faktlardır:

“Heç kim bu hadisələri tarixdən silə bilməz. Mən əminəm ki, birgə səylərimiz və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə təzminat və kompensasiya məsələlərini müvafiq beynəlxalq təşkilatların gündəliyinə çıxara biləcəyik.

Belçika müstəmləkəçilik siyasətinin tərəfdarları və ya müdafiəçiləri təzminat və kompensasiya məsələlərinin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmasını istəyərlər. Lakin mən əminəm ki, biz bu məsələlərin bütün müvafiq hökumətlərarası təşkilatların gündəliyində yer almasına nail olacağıq.

Bu gün iclasımızda çox vacib və maraqlı mövzular müzakirə olunacaq”.

Paylaş: