
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus OA-1K Skyraider II təyyarəsi Oklahoma ştatında qəzaya uğrayıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Oklahoma Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.
“Təyyarənin göyərtəsində 2 heyət üzvü – ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi və mülki podratçısı olub. Qəza zamanı təyyarə təlim uçuşu həyata keçirirmiş”, – məlumatda deyilib.
Ekipaj üzvlərinin vəziyyəti və hadisənin təfərrüatı barədə məlumatlar dəqiqləşdirilir.