
“ABŞ-nin maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanadadan olan həmkarlarına deyib ki, Vaşinqton administrasiyası Rusiyaya Yeddilik Qrupundan (G7) iqtisadi təzyiqin artmasını gözləyir”.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Skott Bessent bildirib ki, ABŞ bu tədbirlərin gücləndirilməsində Avropanın fəal rol oynamasını gözləyir.
O, həmçinin Çinin Rusiya neftini almağa davam edəcəyi təqdirdə ona yeni tariflər tətbiq etmək imkanını təklif edib. Qeyd edib ki, bu, yalnız avropalı müttəfiqlərinin dəstəyi ilə baş verə bilər.