Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Trampın təsviri olan 1 dollarlıq sikkələr buraxacaq

04.10.2025 19:01

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələri buraxmağı düşünür.

Primeinfo.az “Foks Biznes”ə istinadən  xəbər verir ki, bu addım ABŞ-ın yaranmasının 250 illiyi çərçivəsində planlaşdırılır. Layihədə ABŞ-ın hazırkı prezidenti Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu şəkil 2024-cü ildə ona qarşı sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotoşəkilə istinad edir.

Sikkənin son dizaynı hələ təsdiqlənməyib. Xəzinədarlıq nümayəndəsinin qeyd etdiyi kimi, agentlik belə hallar üçün kollektor sikkələri zərb etmək üçün qanuni səlahiyyətə malikdir.

İyunun 25-də Trampın portretinin əks olunduğu qızıl sikkələr buraxılıb.

Paylaş: