
İşğaldan azad edilmiş ərazilərə növbəti köç prosesi həyata keçirilib.
Primeinfo.az xəbər verir ki, bu gün səhər saatlarında Ağdam rayonunun Xıdırlı kəndinə yola salınan köç karvanı artıq kəndə çatıb.
Bu mərhələdə kəndə 24 ailə – 124 nəfər köçürülüb.
Sakinlərin qarşılanma mərasimi keçirilib. Doğma yurda qayıdan kənd əhalisi hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.