“Tehran son qanlı sərhəd toqquşmalarından sonra Pakistan və Əfqanıstan arasında vasitəçilik etməyə hazırdır”.
Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı əfqanıstanlı həmkarı Əmir Xan Müttəqi ilə telefon danışığında bildirib.
Nazir son toqquşmalardan İranın narahatlığını dilə gətirib, hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.
O mübahisələrin dialoq və danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb:
“İki müsəlman ölkəsi arasında davam edən gərginlik təkcə insan itkilərinə səbəb olmayacaq, həm də bütün regionun sabitliyinə təhlükə yaradacaq”, – deyə, Arakçı bildirib.