“Bizim baş nazirimiz özkeçmişini ana dilində, dövlət dilində yaza bilməz. Mən sizi əmin edirəm ki, on dənə səhv buraxar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.
O, əhalidə rus dilində təhsilə böyk marağın olmasını vəzifədə olan bəzi yüksək çinli məmurların davranışı ilə əlaqələndirib.
“Vətəndaşın nə günahı var? Mən orta statistik azərbaycanlıyam, məsələn, Gəncədə yaşayıram. Baxıb görürəm ki, rus dilində oxuyan uşaq işlə daha rahat təmin olunur, ya da rəsmi vəzifələrdə ola bilir, ana dilindəkilər qalır kənarda. Mən nə edəcəyəm, avtomatik uşağı rus dilində oxutdurmaq istəyəcəyəm. Heç mənim siyasi düşüncəm olmasa, sıradan bir vətəndaş olsam, belə düşünəcəyəm”.
Aygün Muradxanlı onu da vurğulayıb ki, bəzi Milli Məclis üzvləri xarici ölkələrin ciddi ali təhsil müəssisələri əvəzinə Dağıstandan diplom gətirirlər:
“Deputatlarımız Dağıstan universitetlərində oxuyublar. Hərəsi bir yerdən, guya doktorluq dissertasiyası gətirib”.