Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Təhsil sistemimiz bərbaddır. Məktəb bazardır?” - VİDEO

14.10.2025 14:00

“Təhsil sistemimiz çox bərbaddır. Biz bu ölkənin jurnalistləri olaraq bu məsələyə diqqət ayrılmasına çalışmalıyıq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin efirində yayımlanan “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, məktəblərin maddi baxımdan ailələr üçün böyük yük olduğunu vurğulayıb:
“Heyrət edirəm. Zatən məktəbə hazırlıq ailələr üçün kifayət qədər yükdür – formanın alınması, dərsliklər, kitablar, iş dəftərləri aldırılır. Məktəb yeni başlayır, elə nəfəs almaq istəyirsən ki, özünə gələsən, Müəllimlər Günü olur. Bu qurtardı – Yeni il gəlir. Bir az keçəcək – 8 Mart, Novruz bayramı. Sonra da məktəb bitir, buraxılış mərasimi… Bazardır bura? Heç bazarda, iqtisadi müstəvidə bu qədər kampaniya olmur”.

“Məktəblərə avtobus xidməti əlavə ediblər, o da nazirin oğlunun çıxıb”

Aygün Muradxanlı təhsildə aparılan islahatların digər tərəfindən də söz açıb:

“Qoy, deyim, ürəyim boşalsın. Məktəblərə guya avtobus xidməti əlavə ediblər, o da bir nazirin oğlunun çıxıb… Mən başa düşmürəm ki buna necə reaksiya vermək lazımdır”.

Paylaş: