
Oktyabrın 27-dən Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa reysləri bərpa edir. Bununla da turistlər üçün Hind okeanının sahillərinədək olan yol xeyli qısalır və əlverişli səyahəti təmin edir.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bakıdan Maleyə uçuşlar həftədə üç dəfə – bazar ertəsi, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar AZAL-ın hava gəmiləri parkına bu günlərdə əlavə edilən yeni “Airbus A320 neo” tipli sərnişin təyyarələrində həyata keçiriləcək.