Əməkdar artist Rəşad Bəxtiyarov uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.
Primeinfo.az bu barədə Akademik Milli Dram Teatrına istinadən məlumat verir.
O, bu səhər evində dünyasını dəyişib.
Qeyd edək ki, Rəşad Bəxtiyarov 1978-ci ildə Bakıda anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib.
2001-ci ildən Akademik Milli Dram Teatrında işə başlayıb.
Bir sıra bədii filmlərdə və teleseriallarda rollar ifa edib. Daha çox “Ata ocağı”nda yaratdığı Rəşid obrazı ilə tanınıb.