Xəbər axtarın

Son axtarış nəticələri:

"Bahar" serialında yeni sima - FOTO

06.10.2025 18:12

Türkiyənin reytinqli seriallarından olan “Bahar”ın heyətinə yeni aktrisa daxil olub.

Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Melisa Giz Cengiz də yer alacaq.

O, serialda özəl bir xəstəliyə tutulan İpek obrazını canlandıracaq.

Uşaq yaşlarından film və reklamlara çəkilən 18 yaşlı Melisa Giz Cengiz “Kiralık aşk”, “Çalıquşu”, “Güldür, güldür şou” kimi ekran işlərindəki oyunu ilə tanınıb.

Qeyd edək ki, “Bahar”da baş rolları Demet Evgar və Buğra Gülsoy yaradır.

Paylaş: