Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı–Tbilisi reysləri I terminaldan həyata keçiriləcək

21.10.2025 18:39


Oktyabrın 26-dan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun I terminalından həyata keçiriləcək.

Bu barədə Primeinfo.az-a AZAL-dan bildirilib.

Məlumata görə, məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir:

“Qeyd olunan tarixdən etibarən sərnişinlərin uçuş və qeydiyyat üçün Terminal 1-ə yönəlməyi xahiş olunur”.

Paylaş: