
Gəncədə bədbəxt hadisə baş verib.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.
Həmin şəxslərin tələbə olduqları, dəm qazından zəhərləndikləri bildirilib.
Faktla bağlı araşdırma aparılır.